Qanuni oğru, Vasya Bandit ləqəbi ilə tanınan İqor Kokunov ev həbsindən qaçıb. Bununla əlaqədar, Moskva Vilayət Məhkəməsi ona qarşı işə baxılmasını dayandırıb.
Qeyd olunub ki, bir müddət əvvəl məhkəmə avtoriteti həbsdən azad edərək ev dustaqlığına köçürüb. Lakin təqsirləndirilən şəxs qolundakı elektron bilərziyi çıxararaq qaçıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onu axtarır.
56 yaşlı Vasya Bandit kriminal iyerarxiyada ən yüksək pillələrdən birini tutur. İstintaqın məlumatına görə, o, 1993-cü ildən bəri qanuni oğrudur. Vasya dəfələrlə soyğunçuluq, oğurluq kimi cinayətlərdə ittiham olunub.
O, həm də cinayətkar submədəniyyyətin təbliği ilə məşğul olub. Bandit 2020-ci ilin iyununda həbs edilib.
2021-ci il aprelin sonunda Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi ona qarşı cinayət işinin istintaqını yekunlaşdırıb.
Mənbə: “RenTV”