Kamil Cəlilov vəfat edib

10:08 23 Fevral 2022

Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.

Bu barədə APA-ya jurnalist Əli Novruzəliyev məlumat verib.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.

Allah rəhmət eləsin.



Xəbər xətti