Putin Tokayevin adını səhv dedi -  VİDEO

00:36 11 Yanvar 2022

KTMT-nin onlayn iclası zamanı Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adını xatırlaya bilməyib.

Sitat.info xəbər verir ki, Putin Tokayev Kasım-Jomart Kemeleviçin əvəzinə “Kemel Jomartoviç” deyib. Tokayev isə susaraq adı ilə bağlı səhvə reaksiya verməyib.

 

Qeyd edək ki, bu, Putinin Tokayevin adını unutması ilə bağlı ilk hadisə deyil. 2019-cu ildə Qazaxıstanda prezident dəyişikliyindən danışarkən Nazarbayevin tam adını söyləsə də, Tokayevi sadəcə “yeni prezident” adlandırıb.

Sitat.info həmin videonu təqdim edirik:



Xəbər xətti