Ötən gün Mokvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanan müttəfiqlik bəyannaməsinin detalları cəmiyyətdə ciddi müzakirə olunur və narahatlıq böyükdür.
Siyasi baxımdan öncəki yazılarda bəyannaməni şərh etmişdik. İndi isə əsas iqtisadi məqamı diqqətə çatdırmaq istərdik. Hazırda Qərb və ABŞ Rusiyaya ciddi iqtisadi sanksiyalar tətbiq edrir. Bu müttəfiqliyin əsas səbəbi də həmin sanksiyalardan sonra Azərbaycan Rusiyann Avropa bazarında sıxışdırılması ilə bağlı proseslərdə iştirak etməsin. Bu da ölkəmizin müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin icrasından geri çəkilmək anlamına gəlir.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert , hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Bəyannamənin 25-ci maddəsində bir qədər müəmmalar var: "Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən müəmmalı 25-ci bəndində deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.”
Əslində, hər bir iqtisadi fəaliyyət nəticəsində, bir qayda olaraq, rəqiblərdən biri ən azı dolayı zərərə (əldən çıxmış fayda və s.) məruz qalır. Belə çıxır ki, bundan sonra, məsələn, biz də, Rusiya da hansısa ölkəyə qaz satmaq istəyiriksə, rəqabət aparıb həmin alıcı ölkəyə daha sərfəli şərtlər təklif edə bilmərik? Axı qazı bizdən alsa, Rusiya ən azı dolayı zərərə məruz qalacaq! Potensial müştərini itirəcək! Deməli, bundan sonra rəqabət apardığımız bazarlardakı fəaliyyətimizi Rusiya ilə razılaşdırmalı olacağıq?".
SİTAT.İNFO