AZAL-ın təyyarəsi qəzadan əvvəl - Yeni kadrlar - VİDEO

12:59 3 Dekabr 2025

Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qistarovun hadisədən öncə lentə aldığı videogörüntülər üzə çıxıb.

Sitat.info  xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qistarov paylaşıb.

O bildirib ki, atası Rəşid Qistarovun telefonunu iki gün əvvəl əldə edib. Sözügedən görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

 



Xəbər xətti