Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Seneqal səfərində xidmətdə olan mühafizə idarəsinin xüsusi əməliyyatlar şöbəsinin rəisi Hayrettin Eren infarkt keçirib.
SİTAT.İNFO Haber.globala istinadən xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq, H.Erenin həyatını xilas etmək mümkün olmayıb.
H.Erenin cənazəsi Seneqala səfərini başa vuran Türkiyə Prezidentinin təyyarəsi ilə ölkəsinə gətirilib.