D vitamini çatışmazlığına DİQQƏT! Bu xəstəliklərə yol açır...

12:45 1 Noyabr 2022

Pandemiyası dövründə D vitamininin immunitet üçün nə dərəcədə vacib olduğunu bir daha dərk etdik.  Əvvəllər yalnız yağda həll olunan vitamin kimi qəbul edilən D vitamini indi özümüz tərəfindən istehsal olunan prohormon kimi qəbul edilir. Əsas funksiyası kalsium və sümük mübadiləsini konstruktiv şəkildə aktivləşdirmək olan Vitamin D, son illərdə ən əhəmiyyətli metabolik faktorlardan biri kimi qəbul edilir. 

D vitamini çatışmazlığının diabet, infeksiyalar, otoimmün xəstəliklər, xərçəng və ürək-damar xəstəlikləri kimi bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilir. 

D vitamizi çatışmazsa, fiziki güc azalır, sümüklərdə sınıq riski artır və ölümlə nəticələnən xəstəliklərin yaranmasına səbəb olur.  Aydındır ki, fiziki hərəkətsizlik ürək-damar xəstəlikləri, 2-ci tip diabet, döş vəzi xərçəngi kimi xəstəliklərin inkişafına və ömrün qısalmasına gətirib çıxarır.

 D vitamini çatışmazlığından qaynaqlanan fiziki fəaliyyətin azalması və bu səbəbdən yaranan fiziki və zehni itkilərə görə həyat keyfiyyətinin pisləşməsi kimi ikincil təsir kimi qəbul edilir.

D vitamini səviyyəsinin aşağı olmasının gündüz yuxululuğun artmasına səbəb olur. Yuxu patologiyalarının əmələ gəlməsində D vitamini çatışmazlığının mühüm rol oynayır.

Vitamin qəbulu xəstələrin əksəriyyətində simptomları yaxşılaşdırır.


D vitamini çatışmazlığına diqqət yetirin! D vitamini çatışmazlığının əlamətləri hansılardır? 
D vitamini çatışmazlığı orqanizmin bütün sistemlərinə təsir edir və bir çox xəstəliklərə yol açır. İndiki həyat şəraiti, qapalı yerlərdə işləmək, kifayət qədər açıq havada olmamaq, doğru qidalanmamaq D vitamini çatışmazlığını artırır. Əlamətlər bunlardır: 


*Ümumi bədən ağrısı

* Yorğunluq

* Gəzməkdə çətinlik (balans problemi)

*Sümük ağrısı

* Güc itkisi

*Saç tökülməsi

*Baş ağrısı

*Depressiya

* Dəyişən əhval-ruhiyyə

*Yuxusuzluq

*Oynaqlarda və barmaqlarda ağrılar

* Göz altındakı qançırlar

*Həddindən artıq tərləmə

* Çəki itirməkdə çətinlik

* Daimi soyuq və

* İnfeksiyalara qarşı zəiflik.

D vitamini çatışmazlığı olan insanlarda xərçəng, xroniki yorğunluq, diabet, hipertoniya, depressiya, ürək xəstəlikləri revmatizm kimi xəstəliklərə  səbəb ola bilər. 

Nərgiz Liftiyeva,

SİTAT.İNFO



Xəbər xətti