Oljas Süleymenov Nobelə namizəd göstərildi

14:56 5 Dekabr 2025

Görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib.

Sitat.info  “KazTaq”a istinadən xəbər verir ki, bu barədə “Baytaq” Yaşıllar Partiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, “Nevada–Semey” anti-nüvə hərəkatının banisi olan Süleymenov təkcə Qazaxıstanda deyil, bütün dünyada sülhün əldə olunması naminə fədakarlıqla çalışdığına görə bu təşəbbüs irəli sürülüb.

“Oljas Süleymenovun tarixi rolu, xüsusən də onun "Nevada–Semey" hərəkatı çərçivəsindəki fəaliyyəti Semipalatinsk nüvə poliqonunun bağlanmasında həlledici amil olub. Bundan əlavə, onun təşəbbüsü və Qazaxıstanın beynəlxalq arenadakı fəal işi nəticəsində, ABŞ-ın Nevada ştatı da daxil olmaqla, dünyanın bir neçə ölkəsində daha dörd böyük nüvə poliqonunun bağlanmasına nail olunub. Bu, qlobal təhlükəsizliyə böyük töhfədir”, – məlumatda vurğulanıb.



Xəbər xətti