VIP sədri Əli Əliyev həbs edildi

17:12 13 Yanvar 2022

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev həbs edilib.

Sitat.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub.

Ə.Əliyev məhkəmənin hökmü ilə 5 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdən 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov şikayətçi olmuşdu.

Onlar bildirirdilər ki, Əli Əliyev helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirərək onlara qarşı ittiham irəli sürüb.



Xəbər xətti