"Ecofront" feysbuk səhifəsinin komandası Tovuz rayonunun Ceyrançöl qoruğunda ərəbləri qanunsuz ov edərkən yaxalayıb.
Bildirilir ki, Ceyrançöldə düşərgə quran ərəblərin və onlara havadarlıq edən bələdçilərin qanunsuz əməllərini ifşa ediblər və videoya çəkərkən təzyiqə məruz qalıblar.
Səhifə bunları qeyd edib: "Komandamız Tovuzda Ceyrançöldə Körfəz ölkələrindən gələn turistlərin ov düşərgəsinə baxış keçirərkən hücuma məruz qalıb. Polis çağırıblar. Ov turistləri əraziyə "Qırmızı kitab"a salınmış bəzgək quşlarını ovlamaq üçün gəlib. Ərəblərin düşərgəsinin yanında bizə hücum edən, sonra isə "Mitsubishi L200" markalı avtomobili ilə qarşımızı kəsib hədə qorxu gələn, özünü orada 640 hektar ərazinin sahibi kimi təqdim edən şəxsin sosial media hesablarını aşkar etdik"
Sitat.info həmin videonu təqdim edir:
Məsələ ilə bağlı aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq.
Sitat.info