"Rusiyanın geriyə yolu yoxdur" - Hərbi ekspertin dəyərləndirməsi

21:20 5 Mart 2022

Hərbi ekspert, "M5 Müdafiə və Strategiya" jurnalının regional rəhbəri Ruslan İmamquliyev maraqlı bir təhlillə çıxış edib.

O, özünün Facebook səhifəsində Rusiya - Ukrayna cəbhəsindəki bu günkü son vəziyyətə nəzər salıb.

Musavat.com hərbi ekspertin təhlilini oxucularına təqdim edir:

**

"1914 - 1923-cü illər arası birinci dünya müharibəsi oldu. Dünya bölüşdürüldü, xəritələr yenidən tərtib olundu.
2014 - 2023-cü illər arası, hər yüz ildə bir müqavilələrə baxılır və yeni yaranacaq fürsətlərdən hər kəs maksimum fayda əldə etməyə çalışır. Rusiya BRİCS ölkələri ilə milli valyuta üzərindən ticarətə başlayır və Milli İqtisadiyyat Modelini qurmağa çalışır.

Xam maddələr satışına məhdudiyyətlər qoyur. Daxili istehsalı və yeni məhsulların ixracatı üzərindən xarici ticarəti artırmağa çalışır. 2014-cü ildə isti dənizlərə açılmaq adına Ukraynanın bir qismini - Kırımı ələ keçirir. Bunu edərkən Türkiyə, Qafqaz və Orta Asiya ilə münasibətlərini müsbət yöndə tənzimləməyə çalışır. Rus ordusunun tərkibində qeyri millət və müsəlmanların sayını artıraraq xüsusi bölmələr qurur. Çünkü slavyan vəya xristian əhalisi olan ölkələrə qarşı digər millət və dindən olan əsgərlərlə döyüşə girmək ən doğrusu olacaqdı. Hətta ara- sıra "Putin yeni məscidlər tikdirir və müsəlmanlığı qəbul etmək istəyir", kimi şayiələr yayılır. 2022-ci ildə Ukraynanın Qaradəniz sahilləri Rusiya tərəfindən tamamən işğal edilməyə çalışılır. Avropa və Türkiyə təhdidlərin fərqindədir. Rusiya ona qarşı ola biləcək iqtisadi sanksiyaları əvvəlcədən hesaba alıb. 2023-cü il yüz illik müqavilələrin zamanının bitməsindən sonra dünyanın yenidən bölüşdürülməsində ciddi pay almaq istəyir. Amma iqtisadi vəziyyətin çox da yaxşı olmadığı vaxtda bunu edə bilmək üçün gizli və önəmli sövdələşmələr olmalıdır. Bu səbəblə bütün şübhələr Çinin üzərindədir.



Pekin isə çox səbrli və təmkinli davranır. Bütün hallarda Rusiyanın geri addım atmaq kimi yolu yoxdur. Ukraynada qalib çıxmasa bu onun bir sonrakı yüz ili daha da cılız dövlət olaraq yaşamasına səbəb olacaq. Heç bir şəkildə parçalanmayacaq, amma keçmiş sovet respublikaları yeni bloklarda təmsil olunaraq daha müstəqil siyasət həyata keçirə biləcəklər".



Xəbər xətti