Putin 15 il əvvəl Qərbə xəbərdarlıq etmişdi - Karpenter

19:13 25 Yanvar 2022

Vladimir Putin hələ 2007-ci ildə Münhen konfransında çıxışı zamanı xəbərdarlıq etmişdi ki, Rusiyanın ABŞ və NATO-dan təhlükəsizlik zəmanətinə ehtiyacı var. Amma bu mesajı o vaxtı heç kim anlamadı, nəticədə Moskva və Qərb arasında münasibətlərdə böhran yenidən gərginləşir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu amerikalı ekspert Ted Karpenter “Nəşnl İnterest” nəşrindəki məqaləsində bildirib.

“2007-ci il Münhen Təhlükəsizlik Konfransındakı çıxış Rusiyanın ümumilikdə NATO siyasətinə, xüsusən də alyansın şərqə genişlənməsinə təxribat və təhdid kimi baxıb-baxmaması ilə bağlı bütün şübhələri aradan qaldırmalı idi. Putin qərbli həmkarlarına kursu dəyişməklə bağlı xəbərdarlıq etmişdi”, - Karpenter bildirib.



Xəbər xətti