“Bakı şəhərində təxminən 600-dən artıq qanunsuz parklanma nəzarətçisi çalışır. Bir gecədə necə tapşırıq verilibsə, qəflətən hamısı yoxa çıxıb. Son iki gündə paytaxtın heç bir küçə və prospektində onlara rast gəlmək olmur. Onları hansısa böyük qüvvə idarə edir və məlumat ötürür ki, sabah işə çıxmayın”.
Sitat.info xəbər verir ki, bunu “Report” a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, Bakıda “ASA” parkinq, sabiq polis rəisi, ehtiyatda olan polkovnik Nizami Qocayevin yaratdığı “Çinar” parkinq və özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər qanunsuz parklanma işi ilə məşğuldurlar.