İran və Azərbaycanın nəqliyyat dəhlizini Zəngəzur dəhlizinə paralel olaraq (və ya onun yerinə) açmaq niyyəti haqqında dünənki məlumatı regionda gələcək mənzərəni dəyişdirir. İran regional əməkdaşlığa qoşulur, Azərbaycan və Türkiyə - iki türk dövləti arasında körpüyə çevrilir. Dəhliz isə İran Azərbaycanı ərazisindən – İİR-in türk hissəsindən çəkiləcək. Praktiki olaraq ermənilərin belə çox danışdığı Turan ərazi cəhətdən yenidən birləşir, həm də Ermənistanın istəyindən asılı olmadan.Siyasi analitik Fərhad Məmmədov baş verənlərə qiymət verib. O, Turan-a müsahibəsində İran və Azərbaycan arasında imzalanmış Şərqi Zəngəzurun azad edilmiş rayonlarından İrana və oradan Naxçıvan və Türkiyəyə nəqliyyat infrastrukturunun tikintisi haqqında Memorandumu “Azərbaycanın regionda öz gündəliyini irəlilətmək niyyətinin nümayişi” adlandırıb. Bunun üçün Bakının həm maliyyə resursları, həm təşkilati resursları, həm də milli maraqlarını regionun maraqlı qonşularının maraqları ilə əlaqələndirmək imkanı var”.
* * *
- Rəsmi Bakı İrandan keçən dəhliz haqqında Memorandum imzalamaqla hansı məqsədlərini təşviq edir?
- İlham Əliyev regionda praqmatizm və qarşılıqlı mənfəət əsasında qarşılıqlı fəaliyyət mühiti yaradır. Azərbaycan il yarım səbrlə Ermənistanın kommunikasiyaların açılması haqqında təklifə cavabını gözlədi, amma cavabda baş nazir Paşinyan gah Zəngəzur dəhlizinin adına ilişir, erməni cəmiyyətinin emosional əhval-ruhiyyəsini yüksəldir, gah d/y və avtomobil yolu marşrutları ilə bağlı narazılıq edir, gah hökumətlərarası komissiyaya məhəl qoymadan birtərəfli qaydada d/y tikintisi üzrə komissiya yaradırdı...
Nəticədə Azərbaycan özü üçün prinsipial olan məsələni həll etdi: Ermənistan üçün kommunikasiyaları açmaq öhdəliyi olmadan Naxçıvana, oradan da Türkiyəyə quru yolu ilə çıxış! Bu, çox mühüm elementdir, belə ki, kommunikasiyaların açılması dedikdə bütün kommunikasiyaların açılması nəzərdə tutulurdu, indi isə Bakının heç bir öhdəliyi yoxdur və İrəvan Bakıdan İrana və Rusiyaya Azərbaycan ərazisindən keçən dəmir yollarını açmağı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək imkanı verməyi xahiş etməli olacaq.
Bununla yanaşı, Ankaraya səfər zamanı Azərbaycan və Türkiyə prezidentləri Naxçıvandan Qarsa dəmir yolunun tikintisini sürətləndirmək barədə razılığa gəliblər, bu da Ermənistanın Gümrü şəhərindən Qarsa çıxışı Türkiyə üçün mənasız və ikinci dərəcəli məsələyə çevirir. Deməli, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması da uzanacaq və tamamilə Ermənistanın Azərbaycanla məsələlərdə elastikliyindən asılı olacaq.
- Ermənistanın hansı itkiləri ola bilər?
- Əvvəllər Zəngəzur dəhlizinin açılması müqabilində Ermənistan üçün komminikasiyaların açılması nəzərdə tutulurdusa, indi şərtlər fərqli olacaq – yəqin ki, ərazi bütövlüyü tanınmaqla sülh müqaviləsi!
Qeyd edək ki, prezident İlham Əliyev dəfələrlə Ermənistan tərəfə Zəngəzur dəhlizinin açılmasını uzatmaması üçün xəbərdarlıq edib.
Ermənistan öz inadkarlığı ilə Rusiyanı da pis vəziyyətə qoyub: Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin edilməsində Rusiyanın rolu və Rusiya CQDY-nin regionda beynəlxalq dəmir yolu əlaqəsində iştirakını azaldıb. Belə çıxır ki, Rusiya Üçtərəfli Bəyanatın bəndlərinin həyata keçirilməsini təmin edə bilməyib.
Laçın dəhlizi mövzusu aktuallaşır, belə ki, Zəngəzur dəhlizinə ehtiyac aradan qalxıb. Bu məsələ Azərbaycan-Rusiya formatında həll ediləcək və bunun qısa müddətdə baş verəcəyi ehtimalı var.
Beləliklə, Azərbaycan çox gözləmək niyyətində olmadığını göstərir. İrəvanın kaprizləri və inadkarlığı Ermənistanın özünə baha başa gəlir. Hazırki mürəkkəb şəraitdə Bakı qərarlar qəbul etməyə tələsəcək və İrəvan addım atmalıdır. Əks halda, kommunikasiyalar və sərhədlər mövzusunda olduğu kimi, Azərbaycan öz qənaətinə görə birtərəfli addımlar atacaq.
- Memorandum Qarabağ reallığına necə təsir edəcək?
- Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti ilə görüşdə prioritet gözləntilərini qeyd edib: Ermənistan SQ-nin qalıqlarının Qarabağdan çıxarılması və kommunikasiyaların açılması. İkinci mövzuda Azərbaycan prinsipial məsələni həll etdi. Qoşunların çıxarılması qalır: könüllü, ya zorla – seçim Ermənistanındır. Və burada Bakı çox gözləməyəcək!
Ermənistan ənənəvi olaraq xarici siyasətini ziddiyyətlərlə oyun üzərində qurur, bir halda ki, Azərbaycan siyasətini qarşılıqlı səmərəli və bərabərhüquqlu əməkdaşlığın formalaşdırılması üzərində qurur. İki ölkənin prinsipial fərqi bundadır.
Yeni dəhlizin formalaşdırılmasında Türkiyə, Rusiya, İran və Çin maraqlıdır... Ermənistanın iştirakı sual altında qalır.
Ermənistan rəhbərləri təkcə regionun yeni reallıqlarını deyil, artıq müasir dövrün reallıqlarını da qəbul etməlidirlər. Azərbaycan və Türkiyənin tələblərinin təmin edilməsi yeganə səmərəli addımdır və hələ gedən qatarın son vaqonuna atlamaq imkanı var. Vaxt getdikcə azalır...