Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyliyə yeni vəzifə verilib.
Sitat.info Report.az-a istinadən xəbər verir ki, bu barədə akademiyanın Rəyasət Heyətinin iclasında qərar verilib.
Belə ki, iclasda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub.
Beləliklə, qərara uyğun olaraq Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə həvalə olunub.
Qeyd edək ki, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya tapşırılıb.