Yay mövsümündə Avropanın yeraltı anbarlarına vurulan qazın dörddə birindən az hissəsi qalıb.
Sitat.info-nun xəbərinə görə, bu barədə Axar.az “Qazprom”a istinadən məlumat yayıb.
“Gas İnfrastructure Europe” şirkətinin məlumatına görə, Avropanın yeraltı anbarlarında qazın həcmi ötən ilin səviyyəsindən 26,9% (14,9 milyard kubmetr) azdır.
Yay mövsümündə vurulan qazın artıq dörddə üçü istifadə olunub.
Yanvarın 25-nə kimi qazın istifadəsi 75,9 faiz və ya 36,3 milyard kubmetrə çatıb”, - məlumatda qeyd olunub.