Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini bildirib ki, hazırda 700 yaşayış məntəqəsində internet mövcud deyil. Güman ki, bu problem şəhərlərə aid deyil. Eyni zamanda, səslənən rəqəmin işğaldan azad edilmiş əraziləri də əhatə etmədiyini güman etmək olar. Həmin əraziləri nəzərə almasaq, ölkədə kənd və qəsəbələrindən ibarət 3700 yaşayış məntəqəsi var. Nazir müavinin dediyi rəqəmdən çıxış etsək, deməli kəndlərimizin 20 faizinin internetə çıxışı yoxdur".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, onlayn təhsilin, elektron xidmətlərin qaçılmaz reallığıa çevrildiyi müasir şəraitdə internetsiz kəndlərin sayı həddən artıq çoxdur.
İqtisadçı vurğulayıb ki, hökumət bu problemi başqa cür də yoluna qoya bilər: "Hazırkı çox bahalı mobil internetin ucuzlaşmasının yollarını tapmaq lazımdır. Mobil interneti çalışıb su qiymətinə etmək lazımdır. Bu halda ucqar, əhali sıxlığı az olan, heç bir provayedr üçün iqtisadi baxımdan səmərəli olmayan çox bahalı genişzolaqlı ənənəvi internet infrastrukturu da yaratmağa ehtiyac qalmayacaq".
R.Ağayev özəl provayderlərin bölgələrdə işləməyə maraqlı olmamasını da əsaslandırdı: "Nazir müavininin dediyi bir məqam da diqqətimi çəkdi: özəl provayderlər həmin ərazilərdə işləməyə maraqlı deyillər. Təbii ki, maraqlı olamayacaqlar. Bölgələrdə həyat standartlarının çox aşağı olduğu, az qala natural təsərürfat münasibətlərinin hökm sürdüyü ərazilərdə xidmət iqtisadi cəhətdən səmərəsizdirsə, hansı özəl müəssə maraqlı olacaq? Bölgələrimiz, xüsusən kəndlərimiz iqtisadi baxımdan çox geridir".
SİTAT.İNFO