Oğurladığı bank kartı alış-veriş etdiyi mağaza sahibinin imiş...

13:19 14 Avqust 2023

Belçikada bank kartını oğurlayan oğru, alış-veriş etmək üçün təsadüfən kart sahibinin mağazasına gedib. 
Sitat.info xəbər verir ki, şübhəli şəxs dükan sahibinin avtomobilindən pul kisəsini oğurlayıb.

Dükan sahibi oğurluğun fərqinə varmayıb, lakin ertəsi gün şübhəli pulqabıdan çıxan debet kartı ilə mağazaya girib və alış-veriş etmək istəyib.

Kassadə olan mağaza sahibi kartın ona məxsus olduğunu və oğurlandığını biləndə şübhəli şəxsə heç nə demədən polisə xəbər verib.

Bunun üzərinə şübhəli qısa müddətdə yaxalanıb.

Həftəsonu saxlanılan şübhəli prokurorluğa sövq edilib.

Ayna,

Sitat.info



Xəbər xətti