ÜST-dən "COVID-19"un yeni variantlarına qarşı çağırış

13:19 22 Avqust 2023

Ümumdünya Səhiyyə Təşkilatı, son vaxtlar dünyada "COVID-19"un yeni variantları ilə bağlı halların sayının artması fonunda ölkə hökumətlərini “daha çox test keçirməyə”, vətəndaşları isə “sakitliyə” çağırıb.

Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris son vaxtlar yeni variantlar səbəbindən "COVID-19"a yoluxmaların artması, bu vəziyyətin təsirləri və ÜST-nin ölkələrdən gözləntiləri ilə bağlı qiymətləndirmələr edib.

Son bir neçə həftədə dünya səviyyəsində "COVID-19" hadisələrinin artdığını xatırladan Harris deyib: "Yoluxanların artması ilə birlikdə ölənlərin sayında artım olmaması yaxşı xəbərdir. Xəstəxanalar hələ ki, ağır xəstələrlə dolu deyil, lakin biz halların sayının artmasından qəti şəkildə narahatıq”.

Harris xatırladıb ki, "COVID19"un "BA.2.86" və "EG.5.1" (Eris) kimi variantları bu artımda təsirli olub və onlar bu iki variantın statusunu “izlənməsi vacib olan variant” kimi yeniləyiblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti