Lavrov: “NATO-nun yazılı cavabını hazırlayanların yerinə utandım”

13:10 28 Yanvar 2022

“Soruşursunuz ki, əgər Qərb bizim çağırışlarımıza və narahatlıqlarımıza cavab verməsə, biz hansı addımları atacağıq? Prezident artıq bu sualın cavabını verib”.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində bildirib.

“Əgər bizim qarşılıqlı səmərəli və qəbul edilən prinsiplərin tapılması ilə bağlı cəhdlərimizin nəticəsi olmasa, təhlükəsizliyimizə təminat verilməsə, prezidentin də dediyi kimi, biz fərqli addımlar atmalı olacağıq və bu addımlar ordumuzun təmin etdiyi informasiya əsasında atılacaq. Təbii ki, hökumət institutları və agentlikləri də bu addımların hazırlanmasında iştirak edəcək.

Hazırkı mərhələdə biz ABŞ və NATO-dan aldığımız cavabları analiz edirik. Deyə bilərəm ki, ABŞ-ın təqdim etdiyi sənəd diplomatik prosesin getməsi baxımından nümunəvidir, lakin NATO-nun cavabı sanki NATO-nun qürurunu əks etdirir. Mən hətta deyərdim ki, bu sənədi yazanların yerinə utandım. Bundan sonra atılacaq addımlar, veriləcək cavablar Rusiya Prezidenti tərəfindən elan olunacaq”, - XİN başçısı vurğulayıb.

O qeyd edib ki, Rusiyaya sanksiyaların tətbiqi məsələsi, o cümlədən Rusiyanın beynəlxalq bank sistemindən təcrid məsələsi ilə bağlı ölkəsinin mövqeyi ABŞ-ın diqqətinə çatdırılıb. Rusiyalı nazir bildirib ki, belə addımlar münasibətləri daha da kəskinləşdirəcək.



Xəbər xətti