Belarus prezidenti Aleksandr Lukaşenko son günlərin dünya gündəminə çevrilmiş Qərb-Rusiya gərginliyi haqqında dnışıb.
Sitat.info AzVision.az-a istinadən xəbər verir ki, Lukaşenko xalqa müraciəti zamanı deyib ki, əgər Rusiyaya qarşı hücum olarsa, ölkəsi bu müharibədə iştirak edəcək.
Belarus prezidenti qeyd edib ki, müharibə iki halda baş verəcək: "Birincisi, ölkəyə qarşı təcavüz olarsa bu baş verəcək. Müttəfiqimiz Rusiya Federasiyası birbaşa hücuma məruz qalarsa və onun ərazisinə təcavüz edilərsə biz də müharibəyə qatılacağıq. Bunun əsası bizim müttəfiqlik sazişimizdir".
O, həmçinin qeyd edib ki, Rusiya qoşunları da əksini edə bilər. Yəni onların ölkəsinə qarşı təcavüz edilərsə ruslar Belarus ərazisinə daxil ola bilərlər.
"Rusiya dənizdə batan F-35-i oğurlamağa çalışacaq"- Bu halda yüz minlərlə rus əsgəri burada olacaq,-Lukaşenko deyib.
Belarus prezidenti həmçinin bildirib ki, indiki şəraitdə Minsk Rusiya və KTMT müttəfiqləri ilə əməkdaşlığı inkişaf etdirməlidir: "Qazaxıstan nümunəsi göstərdi ki, KTMT Avrasiya məkanında təhlükəsizlik təhdidlərinə nə qədər tez cavab verə bilər. Kollektiv təhlükəsizlik qüvvələri vəziyyətin sabitləşdirilməsində əsas amilə çevrilib. İttifaq dövlətinin yeni hərbi doktrinası dünyada və bizim regionda sülhün təminatlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Cəmi 2500 yaxşı təlim keçmiş əsgər Qazaxıstan problemini həll etdi, vəziyyəti sabitləşdirməyə imkan verdi", - Lukaşenko qeyd edib.