Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Sitat.info "Report"a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, tərəflər Rusiyanın təhlükəsizliyinin təmini ilə bağlı təkliflərinə ABŞ və NATO-nun yanvarın 26-da göndərdikləri yazılı cavabı müzakirə ediblər.