Türkiyəli aktyor Onur Tuna koronavirusa yoluxub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktyor sosial şəbəkədə verib.
Bu səbəbdən aktyorun baş rolunu canlandırdığı "Mahkum" serialının çəkilişləri təxirə salınıb.
Qeyd edək ki, layihədə digər əsas rolları aktyorlar Seray Kaya və Melike İpek Yalova paylaşır.