Bayden qərar verdi: Rusiya-Ukrayna gərginliyi ilə bağlı KRİTİK GƏLİŞMƏ

22:23 29 Yanvar 2022

“Tezliklə ABŞ hərbçilərini Şərqi Avropadakı NATO ölkələrinə göndərəcəyəm”.

Sitat.info Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Ukrayna-Rusiya sərhədindəki gərginliklə bağlı jurnalistlərə açıqlama verib.

“ABŞ hərbçilərini Şərqi Avropaya nə vaxt göndərəcəyinizə qərar verdinizmi” sualını Bayden belə cavablandırıb: “Tezliklə Amerika hərbçilərini ora göndərəcəyəm”.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilmişdi ki, Ukrayna böhranında gözlənilməz duruma qarşı 8500 nəfərlik hərbi qüvvə NATO-ya dəstək vermək üçün hazır vəziyyətdədir.



Xəbər xətti