14 yaşlı Elmir Nağızadə sağ bud sümüyünün xərçəngindən əziyyət çəkir. Dəhşətli ağrılara tab gətirə bilməyən yeniyetmənin təcili əməliyyat olunması üçün 35 min manat vəsaitə ehtiyac var.
Sitat.info xəbər verir ki, Beyləqan rayon sakini olan atası Elnur Nağıyev isə 1 il öncə başından aldığı zədə səbəbindən əmək və nitq qabiliyyətini itirib. Evdar qadın olan anası Mədinə Nağıyeva çıxış yolunu imkanlı insanlara müraciət etməkdə görür. Onun sözlərinə görə, övladına sümük xərçəngi diaqnozu qoyulub. Sağ büd sümüyünün əməliyyatı məsləhət görülüb. Lazımi vəsait olmadığından Elmiri dəhşətli ağrılar içində geriyə - Beyləqana aparıblar. Ailə nəinki övladının müalicəsi, hətta gündəlik dolanışığını ödəməkdə çətinlik çəkir. 3 bacının yeganə qardaşı olan Elmiri xilas etmək mümkündür, 10 min nəfərin göndərəcəyi 3-4 manat onun həyatını xilas edə bilər. Gəlin bir həyat qurtaraq. Mümkün qədər paylaşmaqla bu yeniyetməyə dəstək olaq.
Məğrur,
Sitat.info