AVRO-2024: Pley-off yarımfinalla başlayır

10:52 21 Mart 2024

Bu gün AVRO-2024-ün pley-off mərhələsinə start veriləcək.

Sitat.info xəbər verir ki, Millətlər Liqasından pley-offa vəsiqə qazanan 12 komanda yarımfinal matçlarına çıxacaq.

A, B və C yolu üzrə keçiriləcək bu görüşlərin qalibləri martın 26-da həlledici duelə çıxacaqlar. Həmin qarşılaşmalarda final mərhələsinə yüksələcək 3 komanda bəlli olacaq.

AVRO-2024-ün pley-offu

Yarımfinal

21 mart

A yolu

23:45. Polşa - Estoniya

23:45. Uels – Finlandiya

B yolu

23:45. İsrail – İslandiya

23:45. Bosniya və Herseqovina – Ukrayna

C yolu

21:00. Gürcüstan – Lüksemburq

23:45. Yunanıstan – Qazaxıstan

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.



Xəbər xətti