Rusiyanın sərhəd təklifini Nikol buna görə rədd etdi

10:23 22 Mart 2024

Hazırda qüvvələr bərabər olmadığı üçün Ermənistana Azərbaycanla danışıqlarda vasitəçi lazımdır, lakin Paşinyan nəyin bahasına olursa olsun, rusları regiondan çıxarmağa çalışır, ona görə də aydındır ki, Rusiyaya müraciət etməyəcək.

Sitat.info xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya açıqlamasında deyib.

“Rusiya elan etdi ki, onda sərhədin delimitasiyası və demarkasiyası üçün bütün lazımi xəritələr var, onları təqdim edib vasitəçi ola bilər. Lakin bu, İrəvanın - Ermənistanı Azərbaycanın vilayətinə çevirmək bahasına olsa belə - Rusiyanı bölgədən çıxarmaq siyasətinə uyğun deyil, çünki buna razılaşmaq Rusiyanın regionda saxlanılması deməkdir”, - o bildirib.

Kiviryanın sözlərinə görə, Ermənistan hakimiyyətinin yeganə funksiyası Rusiyanı bölgədən çıxarmaq və İranın regiona daxil olmasına imkan verməməkdir:

“Türkiyə və Azərbaycan Rusiya ilə problemlərini sakit şəkildə həll edir, amma Ermənistan-Rusiya münasibətləri regionda ən gərgin münasibətlərə çevrilib. Hətta Rusiyanın Gürcüstanla belə gərgin münasibətləri yoxdur”.



Xəbər xətti