“Qarabağ” “Beşiktaş”a Juninyonun qiymətini açıqladı

12:26 22 Mart 2024

“Beşiktaş”ın idman direktoru Səməd Aybaba “Qarabağ” rəhbərliyi ilə Olavio Juninyonun transferi üçün görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin “Fotosport” nəşri məlumat yayıb.

Bildirilib ki, artıq Azərbaycan çempionunun braziliyalı forvard üçün istədiyi məbləğ dəqiqləşib. İstanbul təmsilçisi transferi reallaşdırmaq üçün 8 milyon avro ödəməlidirlər.

Türkiyə mətbuatı bu məbləğin “Beşiktaş” üçün çox olduğunu və danışıqların davam etdirildiyini də vurğulayıb.

Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.



Xəbər xətti