Azərbaycanın U-21 millisi Ukraynaya qarşı

12:13 26 Mart 2024

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Sitat.info xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Ukrayna ilə görüşəcək.

F qrupunda sonuncu pillədə qərarlaşan Samir Əliyevin yetirmələri lideri büdrətməyə çalışacaq. Dörd gün əvvəl İngiltərəyə dörd top fərqi ilə uduzan millimiz “Azərsun Arena”ya uğur qazanmaq üçün çıxacaq. Görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, qrupumuzda baş tutacaq digər iki oyunda Serbiya Şimali İrlandiyanı, İngiltərə Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 21:00 və 23:00-da başlayacaq.



Xəbər xətti