"Beşiktaş" Juninyo ilə bağlı qərarını açıqladı

11:41 30 Mart 2024

"Beşiktaş" hazırda "Qarabağ"ın hücumçusi Olavio Juninyonu transferini planlaşdırmır.

Sitat.info xəbər verir ki, bunu İdman.biz-ə İstanbul klubunun idman direktoru Samet Aybaba deyib.

69 yaşlı funksioner “sambaçı”nı izlədiyini, "Qarabağ"la görüşdüyünü nə təsdiq, nə də təkzib edib. O, Juninyonun keçidi ilə bağlı bildirib ki, bu gün belə bir şey yoxdur.

Qeyd edək ki, Türkiyə mətbuatı Aybabanın "Qarabağ"la görüşdüyünü, Azərbaycan çempionunun hücumçunun transferi üçün onlardan 8 milyon avro istədiyini yazıb.



Xəbər xətti