ABŞ Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə Vladimir Putinin yaxın çevrəsini və onun Qərblə əlaqələrini hədəf alan sanksiyalar hazırlayıb.
APA-nın Britaniya bürosunun Financial Times-a istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin Ukraynaya hücum halında cəzalandırılması səyləri çərçivəsində ABŞ, müttəfiqləri ilə koordinasiyalı sanksiyalar tətbiq edəcək.
Buna görə sanksiyaya məruz qalacaq şəxslər və ailə üzvlərinin siyahısı hazırlanıb.
“Bizim müəyyən etdiyimiz şəxslər Kremlin yaxın çevrələrindədir, onlar hökumətin qərarlarının qəbulunda rol oynayır və ya Kremlin sabitliyi pozan davranışında iştirakçıdırlar ”, - deyə ABŞ rəsmiləri qeyd edib.
Bildirilib ki, sanksiyalar həmin oliqarxları beynəlxalq maliyyə sistemindən uzaqlaşdıracaq.
Qeyd edilib ki, həmən şəxslər və ailə üzvləri pullarını Qərb ölkələrindəki banklarda saxlamaq və elit Qərb universitetlərində oxumaq üstünlüklərindən artıq istifadə edə bilməyəcəklər.