Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.
Sitat.info İdman.biz-ə istinadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu heyətdə 14 voleybolçu yer alıb.
Komandamız turnirdə 5 hücumçu, 3 blokçu, 3 toppaylayıcı və 3 liberoya güvənəcək. Əsasən gənclərdən təşkil olunan komandamızın çalışdırıcısı Faiq Qarayevə məşqçilər Famil Ağayev, Emin Əbilov və Sinişa Popek kömək edəcəklər.
Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;
Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;
Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva;
Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova.
Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasının Xorvatiyada keçiriləcək 1-ci mərhələsində iki matça çıxacaq. Millimizin ilk rəqibləri meydan sahibləri və Slovakiya olacaq.