Azərbaycanda 58 mindən çox insan işlə təmin edilib

13:51 14 May 2024

Bu ilin ilk rübü ərzində Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, yanvar-aprel aylarında ümumilikdə 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan 58,5 min nəfəri münasib işlərlə təmin edilib, 1,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Eyni zamanda agentlik 5,6 min işsiz şəxsi peşə hazırlığı kurslarına cəlb edib, 75 min şəxsə isə peşəyönümlü xidmətlər göstərilib.



Xəbər xətti