Rusiya ABŞ-a meydan oxudu: “Geri çəkilməyəcəyik”

10:00 1 Fevral 2022

Rusiya və Çinin etirazlarına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası baş tutub. İclas ABŞ-ın təşəbbüsü ilə keçirilib.

Modern.az TASS-a istinadən xəbər verir ki, iclasın yekunu kimi rəsmi sənəd qəbul olunmayıb.

Bununla belə ABŞ, Ukrayna və onların Təhlükəsizlik Şurasındakı tərəfdarları yenidən Rusiyaya qarşı ittihamlar irəli sürüblər. Lakin Rusiya bu ittihamları rədd edib.

Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya səsləndirilən ittihamlara cavab verib.

“Gələcək müharibə ilə bağlı söhbətlər özlüyündə təxribat xarakterlidir. Siz deyəsən, buna çağırırsınız, bunun baş verməsini istəyirsiniz və gözləyirsiniz, sanki öz fərziyyələrinizi reallığa çevirmək istəyirsiniz” - Rusiya rəsmisi deyib.

 



Xəbər xətti