"İran prezidenti M. Pezeşkian sabiq xarici işlər naziri C. Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin edib. C. Zərif ölkənin Qərblə əlaqələri, nüvə danışıqları istiqamətində işləyəcək. Xüsusilə, H. Ruhani hökumətində C. Zərif Qərblə İran arasında aparılan danışıqlarda müsbət nailiyyətlər əldə etmişdi. Həmçinin C. Zərif Qərblə əlaqələrin normallaşmasının tərəfdarıdır. Bununla rəsmi Tehran Qərblə danışıqlarda maraqlı olduğunu mesajını vermiş olub".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, İranın Ukrayna müharibəsində Rusiyanın yanında yer alması, İsraillə onun proksi qüvvələri arasında müharibənin başlaması İranın Qərblə əlaqələrinin normallaşmasında suallar yaradır: "
İran prezidentinin inaqurasiya mərasiminə qatılan HƏMAS-ın siyasi Bürosunun lideri İsmayıl Haniənin İsrail tərəfindən öldürülməsindən sonra İranın İsraildən qisas alacağı aktuallaşıb. Bununla da Qərblə əlaqələr kifayət qədər gərginləşib. Amma, ABŞ -ın İrana xüsusi nümayəndə göndərməsi, eskalasiyadan çəkinməsi fonunda nüvə anlaşması üzrə danışıqlar aparacağı kimi gizli anlaşma əldə edildiyi də istisna deyil".
Politoloq vurğulayıb ki, İranın yeni islahatçı komandasi Qərblə anlaşma etməyi hədəfləyir, amma bu çətin məsələdir: " ABŞ və Qərb İranın Rusiya və Çindən uzaqlaşmasından sonra tam iqtisadi sanksiyaların aradan qaldırılmaması fonunda mümkün deyil. Əgər, İran Rusiya və Çinlə strateji tərəfdaşlığı dayandırsa, Yaxın Şərqdə proksi qüvvələri buraxarsa, Qərb İran anlaşması mümkün olacaq. Amma, Tehranın Qərbin şərtlərinə əməl etməyib ,yalnız nüvə sazişinin bağlanması fonunda sanksiyaların aradan qaldırılmasını tələb edəcəksə, danışıqlar mümkün olmayacaq. Bununla da yeni prezidentin Qərblə açılım siyasəti baş tutmayacaq".
M.Əsədullazadə hesab edir ki, ümumiyyətlə, İslam İnqilabı Keşikçilər Korpusunun ( SEPAH ) ölkənin iqtisadiyyatına, siyasətinə nəzarət edəcəksə, Qərblə İran arasında normal əlaqələr mümkün görünmür: "Bu İran Azərbaycan əlaqələrinə də şamildir".
Nigar,
Sitat.info