Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Ermənistana səfər edəcək

15:57 1 Fevral 2022

Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq sabah Ermənistana səfər edəcək.

“Report” “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

A.Şalenberq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşcək. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcək.

XİN başçıları daha sonra Avstriya İnkişaf Agentliyinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

A.Şalenberq Ermənistanın Baş naziri Nikol Paşinyan və parlamentin sədri ilə də görüşəcək.

Səfər fevralın 3-də başa çatacaq.



Xəbər xətti