Bakıda “Xəzər” Biennalesi çərçivəsində təsviri incəsənət sərgisi açılıb

17:46 1 Oktyabr 2024

Oktyabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Xəzər” Biennalesı platforması çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil edilən təsviri incəsənət sərgisi açılıb.

Sitat.info xəbər verir ki, sərgidə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Bəhreyn və Macarıstandan olan rəssamların əsərləri nümayiş olunur.

Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova “İncəsənətdə və abstrakt sənətdə antibiznes” mövzusunda “Xəzər” Biennalesində ötən dörd gün ərzində çox maraqlı görüşlər keçirildiyini bildirib. O vurğulayıb ki, “Xəzər” Biennalesi platforması çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə töhfə verir, təcrübə mübadiləsinə şərait yaradır.



Xəbər xətti