Bank kartları ilə bağlı - Daha bir qadağa

Bank kartları ilə bağlı - Daha bir qadağa
Gündəm 24 Sentyabr 2026 17:04

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.

Sitat.info xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.

Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.

Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri satışı oktyabrın 1-dən dayandıracaq.

Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.

Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.(oxu.az)