Tərtərdə qazi adam öldürdü

09:18 3 Oktyabr 2024

ktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Yaşar Nadir oğlu Abdullayevin üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sitat.info-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.



Xəbər xətti