Xırdalanda İslam dininə hörmətsizlik: Məscidə "Xan sarayı" adı verib çayxanaya çevirdilər

15:05 29 Aprel 2022

Azərbaycanda belə bir hadisə ən son Sovet hökuməti qurularkən olmuşdu. Şura hökuməti qurulduqdan sonra İslam dininə ibadət qadağan edilmiş və məscidlər bağlanaraq, Allah evlərindən fərqli məqsədlərlə istifadə edilmişdi.

Müstəqil ölkəmizdə isə dövlət səviyyəsində, xalq səviyyəsində İslam dininə çox böyük dəyər verilir. Ancaq Xırdalan şəhərində yerləşən AAAF şəhərciyindəki məscidin  təyinatı dəyişdirilərək, üzərinə "Xan sarayı" yazılıb. 

Xılrdalan sakinləri SİTAT.İNFO-ya müraciət edərək, məscidin çay evinə çevrildiyini və belə bir biabırçılığı qəbul etmədiklərini deyiblər. 

Qeyd edək ki, məscid "AAAF Park" şirkəti tərəfindən inşa olunub.

Onlar bunu edənlərin cəzalandırılmasını tələb ediblər.

Nərgiz Liftiyeva

SİTAT.İNFO



Xəbər xətti