Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən hücumda ölənlərin sayı 5 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə Saksoniya-Anhalt əyalətinin qubernatoru Reiner Haseloff bildirib.
Onun sözlərinə görə, ümumilikdə 200-dən çox adam yaralanıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.
Maqdeburqa səfər edən kansler Olaf Şolz yaralanananlara görə xüsusi narahatlığını dilə gətirib, dəhşətli fəlakəti pislədiyini vurğulayıb./APA