Səudiyyə Ərəbistanı elan edib ki, 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək LGBT azarkeşlərinin təhlükəsizliyi təmin olunacaq və onlar ölkədə xoş qarşı qarşılananacaq.
Sitat.info xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ənənəvi olaraq sərt islami qanunlarla idarə olunan bir ölkədir və LGBT hüquqları məsələsində olduqca sərt mövqedədir. Homoseksuallıq ölkədə qanunla qadağan edilir, burada ciddi cəzalar, hətta ölüm cəzası ilə nəticələnə bilər. Buna baxmayaraq, son illərdə, xüsusilə beynəlxalq tədbirlər və qlobal diqqət çəkən layihələr kontekstində, ölkə müəyyən dəyişikliklər edir. Bunu ölkənin daha çox beynəlxalq arenada müsbət imic yaratmağa yönəltməsi ilə əlaqələndirirlər.
Belə bir addım həm də gələcəkdə Səudiyyə Ərəbistanının turizm, investisiya və beynəlxalq əlaqələrdə daha açıqlıq göstərmək istəyinin bir əlaməti kimi də qiymətləndirilir.