PUA hücumları Kazanın üç rayonunda yanğınlara səbəb olub

12:23 21 Dekabr 2024

Bu gün səhər saatlarında Tatarıstanın (Rusiya) Kazan şəhərinin üç rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Sitat.info xəbər verir ki, bu barədə "İnterfaks" şəhər meriyasına istinadən məlumat yayıb.

"Dekabrın 21-i səhər saatlarında Kazanda PUA-ların hücumu nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib", - məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə yerlərində operativ xidmətlər işləyir. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Tatarıstan rəisinin mətbuat xidməti bildirib ki, PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb.



Xəbər xətti