Hərbi xidmətlə bağlı MÜHÜM AÇIQLAMA

14:57 20 Dekabr 2024

İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, 2 uşağın saxlanması özü elə dövlətə köməkdir: "Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. İki uşaq il yarım öz valideynini görmür. Bununla uşağın gələcəkdə böyüməsində də problemlər yarana bilər.



Xəbər xətti