İspaniyada güclü yağışlar və daşqınlar nəticəsində 170,000 insan hələ də mobil telefon əhatəsindən məhrum olub.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Rəqəmsal Transformasiya Nazirliyi 70 min stasionar telefonun da xidmət göstərmədiyini bildirib.
Ötən gecə isə Valensiyada elektrik təchizatının 75%-nin bərpa edildiyi bildirilib. Bu isə təxminən 114 min insan deməkdir.