İspaniyada sel fəlakətində ölənlərin sayı 205-ə çatdı

22:49 1 Noyabr 2024

Oktyabrın 29-da İspaniyanın şərq və cənub bölgələrində baş verən daşqın nəticəsində ölənlərin sayı 205-ə çatıb.

Sitat.info xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes ölkənin müxtəlif bölgələrində davam edən əlverişsiz hava şəraiti səbəbiylə "qırmızı və narıncı siqnalların olduğu yerlərdə ictimaiyyətdən diqqətli olmalarını və səlahiyyətlilərin xəbərdarlıqlarına əməl etmələrini" istəyib.

İspaniya Dövlət Meteorologiya İnstitutu tərəfindən "İspaniya tarixinin ən ölümcül təbii fəlakəti" və "əsrin fəlakəti" olaraq xarakterizə edilən sel fəlakətində itkin düşən çoxlu sayda insan üçün axtarış-xilasetmə işləri hələ də davam edir.
Bölgədə fövqəladə, polis, jandarma və mülki yardım qruplarından əlavə 1500-dən çox əsgər xidmət edir.

Bundan əlavə, Valensiya əhalisi daşqından zərər çəkmiş yaşayış məntəqələri ilə həmrəylik nümayiş etdirərkən, minlərlə gənc könüllü təmizlik işlərində iştirak edir və prioritet ehtiyaclar olan qida və su təchizatı ilə təmin olunur.

Nigar,

Sitat.info



Xəbər xətti