Musavat.com xəbər verir ki, nazirlik bu ittihamların qərəzli olduğunu və heç bir sübuta əsaslanmadığını bildirib.
ABŞ kəşfiyyat orqanları son zamanlar İranın Trampa qarşı sui-qəsd planlaşdırdığı barədə məlumatlar yayıb. Bu iddialar Trampın İsrailə dəstək verməsi və İranın nüvə obyektlərinə zərbələr endirilməsini dəstəkləməsi ilə əlaqələndirilir.
İranın BMT-dəki daimi nümayəndəliyi də bu ittihamları rədd edərək, onların əsassız və qərəzli olduğunu vurğulayıb.
ABŞ Prezidenti Co Bayden isə İran hakimiyyətini Trampa qarşı sui-qəsd planlarından çəkinməyə çağırıb və belə bir cəhdin müharibə aktı kimi qəbul ediləcəyini bildirib.
Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın İraqda həyata keçirdiyi hava hücumu nəticəsində İranın “Qüds” xüsusi təyinatlılarının komandiri general Qasım Süleymani həlak olmuşdu. Bu hadisədən sonra İran rəsmiləri qisas alacaqlarını bəyan etmişdilər.