Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Bürosu, İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada öldürülənlərin təxminən 70 faizinin qadın və uşaqlar olduğunu bildirib.
Sitat.info xəbər verir ki, qurum Qəzzada törədilən dəhşətli pozuntulara və mümkün vəhşi cinayətlərə görə İsrailin "hesabı verməli" olduğuna çağırış edib.
BMT İnsan Haqları Ofisinin Qəzzada hücumlar, bombardmanlar və digər təcavüzkar hərəkətlər nəticəsində həlak olanların şəxsi məlumatlarını təsdiq etdiyi hesabatda yazılır: “Bu günə qədər bu ölümlərin təxminən 70 faizi qadınlar və uşaqlardır. Bu vəziyyət həm də ayrı-seçkilik və mütənasiblik məsələsidir. Təsdiqlənmiş ölümlərin təxminən 80 faizi yaşayış yerlərində və ya oxşar yerlərdə baş tutub, onların 44 faizi uşaq, 26 faizi isə qadındır".
Seymur,
Sitat.info