Bakıda səkinin üzərində qurulan pullu parkinq növbəti dəfə vətəndaşların narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Qeyd olunub ki, Tbilisi prospekti yaxınlığındakı ictimai iaşə müəssisəsinin qarşısındakı səkidə pullu parkinqin qurulması heç bir məntiqə sığmır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazi səki deyil, cib tipli parklanma yeridir.
"Yəni parkinqin təşkili tam qanunauyğundur", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Nərimanov rayonunda yerləşən Mirzəbala Əhmədzadə küçəsində də səkinin bir hissəsinin pullu parkinq kimi istifadə olunması narazılıq yaratmışdı.