Xarici mətbuatda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp arasında telefon danışığının baş tutduğu haqda xəbərlər yalandır.
Sitat.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Heç bir söhbət olmayıb. Bu, tamamilə yalan, uydurmadır”, - o bildirib.
Qeyd edək ki, “Vaşinqton Post” Trampla Putin arasında 7 noyabrda telefon danışığı olduğunu yazıb.